Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vivid Racing atelyesi BMW M5-i bəzəyib

“Vivid Racing” tüninq-atelyesi naməlum müştərinin sirafişi əsasında hazırlanmış sedan “BMW M5 (F10)”-in şəkillərini göstərdi və onun barədə məlumat verdi.

Avtomobilin güc qurğusunu modernləşdiriblər, asılqanı yenidən tənzimləyiblər və təkərləri dəyişiblər. Tünerlər banın aerodinamikasını da yaxşılaşdıra biliblər və avtomobili daha parlaq rəngdə ediblər. Yaxın vaxtlarda hər il keçirilən “Bimmerfest” avtoşousunda maşın“BMW”sevərlərə təqdim ediləcək.

Müxtəlif istehsalçıların asma detallarını bir araya yığmaqla “Vivid Racing” dizaynerləri biznez-klass sedanının eksteryerinə maksimum fərdilik verə biliblər. Qabaq bamperə “Vorsteiner” splitteri, baqaja “Hamann” spoyleri yerləşdiriblər, “Agency Power”-dan karbon diffuzor ilə arxa oxa sıxma gücünü yaxşılaşdırıblar.

Xarici hissədə, həmçinin ventilyasiya olunan “Agency Power” kapotu və “RevoZport” xırda aksesuarlarını görmək olar (arxa görünüş güzgülərinin karbon korpusları, radiator barmaqlığı, qabaq qanadlarda dönmə işarələrinin təkrarlayıcıları).

Bana tutqun yaşıl “Toxic Green” pərdə yapışdırıblar, şüşələri tündləşdiriblər, damı və  daha xırda detalları qara rəngə boyayıblar. Bundan əlavə xarici hissədə qara “BMW” emblemi və hər iki bamperdə tündləşdirilmiş əksedicilər peyda olub.

Klirensi bir neçə sm aşağı salan qısaldılmış “H&R” asılqan yayları ilə “Vivid Racing” əməkdaşları 5-yerlik 4-qapılı sportkarı 21-düymlük “HRE P101” diskləri ilə təchiz ediblər ki, onların qara milləri arxasında yaşıl əyləc supportları görünür.

8-silindrli 4,4-litrlik benzin tvin-turbo mühərrikinin gücünü artırmaq üçün onu “Agency Power” sistemi və sürücüyə avtomobilin səsini tənzimləməyə imkan verən “Meisterschaft Valvetronic” qazburaxma sistemi ilə təchiz ediblər. Sonda çip-tüninq tənzimlənib ki, o da mührrikə 20% əlavə a.g. verib.

AUTO.AZ



teqlər:
BMW, BMW 5-series, M5, Vivid Racing 22.05.2014

Şərhlər


AD