Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hamann yeni BMW X5-i daha da gücləndirib

Mart ayında Cenevrədə keçirilmiş avtosalonda “Hamann” atelyesi indi yeni detallarla tamamlanmış və təkmilləşdirilmiş krossover “BMW X5”-in üçüncü nəsli üzərində gördüyü işi təqdim etmişdi. Beləliklə, almanlar satışdansonra tənzimlənmə üzrə kompleks proqram hazırlayıblar və o, avtomobilin xarici görünüşünə daha çox gözəllik qatır, onun texniki hissələrini isə daha yüksək mərhələyə çıxarır.

Tüninq-paketi və ya onun müəyyən bir hissəsini tezliklə sifariş etmək olacaq. Şəkildə gördüyümüz F15 banında “BMW X5” əvvəlkindən bir qədər fərqli aerodinamik ban asmasına, qazburaxma sistemində xromlaşdırılmış boruların əvəzinə dairəvi karbon borulara, qara radiator barmaqlığına və böyük ölçülü çoxmilli disklərə malikdir. Bodi-kitə dəyişilmiş bamperlər, yan ətəklər və baqaj qapısının şüşəsi üzərində spoyler daxildir.

Bütün güc qurğuları daha aqresiv səs çıxaracaqlar və çip-tüninq sayəsində daha güclü olacaqlar. 2,0-litrlik “sDrive25d (xDrive25d)” dizel versiyası 218 a.g. və 450 Nm-dən 251 a.g. və 502 Nm-ə, 3,0-litrlik “xDrive30d” 258 a.g. və 560 Nm-dən 295 a.g. və 605 Nm-ə, analoji biturbolaşdırılmış “xDrive40d” isə 313 a.g. və 630 Nm-dən 355 a.g. və 695 Nm-ə qədər gücləndiriləcək.

Daha güclü 3-turbo dizel idman versiyalı “M50d” isə 434 a.g., 830 Nm fırlanma anı (əvvəl 381 a.g., 740 Nm) verəcək. “xDrive35i” benzin modifikasiyasının sahibləri əlavə 42 a..g. və 50 Nm-ə arxayın ola bilərlər və bu, 3,0-litrlik mühərrikin gücünü 348 a.g. və 450 Nm-ə qədər artıracaq. Nəhayət, ən güclü “xDrive50i” modifikasiyası isə 8-silindrli 4,4-litrlik mühərriki ilə çip-tüninqdən sonra 490 a.g. və 707 Nm (əvvəl 450 a.g., 650 Nm) ilə sürücünü sevindirəcək.

AUTO.AZ



teqlər:
BMW, BMW X5, Hamann 19.05.2014

Şərhlər


AD