Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lotus ilk motosikletini təqdim etdi

İkitəkərli “dəmir atlar” üzərində yüksək sürət sevənlər üçün xoş xəbərlər var. Sportkar modelləri ilə məşhur olan “Lotus” şirkəti bu yaxınlarda yeni yaradıcılığının – “C-01” motosikletinin şəkillərini nəşr etdirib.

Yeri gəlmişkən, bu, şirkətin tarixində ilk motosikletdir. O, çox gözəl görünür. Texniki hissələr də xarici “gözəllikdən” geri qalmır. Bu yaradıcılığa baxdıqda düşünürsən ki, bu, növbəti konseptdən daha yaxşıdır.

Lakin bu dəfə hər şey daha ciddidir. Motosikletin seriyalı istehsalı tezliklə olmayacaq. Bu, hələlik yalnız prototipdir. Rəsmi mənbələrdən bildirilir ki, motosiklet 200 a.g. olan mühərrik ilə təchiz ediləcək.

Motosikletin xarici görünüşünü xüsusi qeyd etmək lazımdır. Şübhəsiz, o ilk baxışdan özünə diqqət çəkir. Onun hazırlanmasında “VW Group” şirkətinin məşhur dizayneri Daniel Simon iştirak edib. O, “Bugatti Veyron” kimi gözəl dizaynlar yaradıb. Simonun yaratdığı hər bir model özündə fantastika elementlərini birləşdirir. C-01 də belələrindəndir.

Motosikletin əsas fərqli cəhətlərindən bir qədər qabağa gəlmiş vilka və uzadılmış təkər bazasını qeyd etmək olar. Korpusun xarici hissələri karbondan hazırlanıb. Onlar təkcə praktik deyil, həm də yüngüldürlər, lakin dizayna xüsusi gözəllik qatırlar.

Əvvəllər də deyildiyi kimi, C-01 200 a.g. verən V-Twin mühərriki ilə təchiz ediləcək. 181 kq çəki ilə təsəvvür etmək olar ki, onun sürəti neçə olacaq. Təəssüf ki, hələlik bu texnikanın neçəyə olacağı barədə məlumat yoxdur.

Hazırda yalnız o məlumdur ki, “Lotus” şirkəti belə motosikletdən yaxın zamanda 100 ədəd buraxmaq niyyətindədir. Belə şaiyələr gəzir ki, “Lotus”-dan sonra bir çox avtomobil istehsalçıları da motosiklet istehsal edəcəklər.

AUTO.AZ



teqlər:
Lotus 19.05.2014

Şərhlər


AD