Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bentley 15 eksklüziv sedan istehsal edəcək

“Bentley” şirkəti 95-illiyi münasibətilə xüsusi versiyada “Musanne – Mulsanne 95” sedanı istehsal edəcək. Yenilik 15 ədəd buraxılacaq. Müştərilərə 3 növ rəng təklif ediləcək: göy, qırmızı və ağ.

Böyük Britaniyanın bayrağı da belə rəng qammasındadır. Bununla yanaşı, “Mulsanne” xüsusi versiyası 21-düymlük yüngüllehimli disklər və kapot üzərində markanın tünd loqotipini alacaq. “Mulsanne 95”-in interyeri qırmızı tikişləri olan ağ dəri ilə işlənib.

Kandarlarda üzərində “Ninty Five (95)” yazılmış əlavələr yerləşdirilib. Salonda 300-400 yaşı olan qoz ağacından işləmələr var. Bunun üçün Linkolnşir qraflığının Fulbek kəndi ərazisində 2007-ci ildə baş vermiş qasırğada yıxılmış ağaclardan istifadə edilib.

Güc qurğusu barədə məlumat yoxdur. Standart sedan 512 a.g. və 1020 Nm fırlanma anı verən 6,75-litrlik V8 benzin mühərriki ilə təchiz edilir. Mühərrik 8 diapazonlu avtomat ZF sürət qutusu ilə birgə işləyir. Yerindən 100 km/saata “Mulsanne” 5,3 saniyəyə sürətlənir.

Baza komplektasiyasında modelin qiyməti 228 min 200 funt sterlinqdir (248 min 400 avro). “Mulsanne 95”-in qiyməti isə məlum deyil. Xüsusi versiyalı sedanlar Böyük Britaniyada satılacaq.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Mulsanne 16.05.2014

Şərhlər


AD