Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

HRE Wheels disklərində tamamlanmış BMW M5

“BMW M5 (F10)”-un satışdan sonrakı tamamlanmasının daha bir variantını təqdim etdi. Bu adamın avtomobili texniki və kosmetik tüninqin yalnız ən lazımi detallarına malikdir. Middly avtomobilin zavod dizaynını dəyişməyərək eksteryer bəzəyini yenilədi, başqa təkərlər quraşdırdı və bəzi texniki düyünlərin məhsuldarlığını artırdı.

Avtomobilin banı boz “Individual Frozen Cashmere Silver” rənginə boyanıb. Dam karbon təbəqə ilə örtülüb və radiator barmaqlığı, yan arxa görünüş güzgülərinin korpusları, qabaq qanadların qoymaları və aerodinamik asmanın hissələri (qabaq splitter RKP və arxa diffuzor Challenge) qara rənglənib.

“BMW M5”-ə millərinin arxasında göy əyləc supportları görsənən 21 düymlük boz HRE S101 diskləri “geyindirdilər”. KW V3 asılqanının koyloverləri sedana idman qaməti verdi.

Mühərrikin çıxma gücünü artırmaq üçün BMS Stage 1 çip-tüninqinə, Gruppe M buraxılış sisteminin quraşdırılmasına və Akrapovic qazçıxma sisteminin montajına müraciət edildi. AFE mühərrik qapağı və cihaz panelinə birləşdirilmiş P3 turbokompressorlarının təzyiq sensoru final ştrixlər oldu.

AUTO.AZ



teqlər:
BMW, BMW 5-series, M5, HRE Wheels 15.05.2014

Şərhlər


AD