Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Renault ən güclü hetçbeki təqdim etdi

“Renault” şirkəti ən güclü hetçbeki “Megane RS 275 Trophy”-nin sirrini açdı. Bu hetçbek məçhur Nürnburqrinq trasında tam ötürücülü avtomobillərin arasında yenə də rekordçu olmalıdır. Kompakt sportkar daha güclü və sürətli oldu, idarəetməsi yaxşılaşdı və baza komplektasiyası daha da zəngin oldu. Yeniliyin sifarişlərini iyunun 3-dən qəbul etməyə başlayacaqlar, iyunun 16-sı isə yarış trekində dövretmənin vaxtı məlum olacaq. Avtomobil 5 kontinentdə dünyanın 20 ölkəsində satılacaq. Fransada onun başlanğıc qiyməti 38 000 avro olacaq.

2,0 litrlik dördsilindrli benzin turbolaşırılmış mühərriki 10 a.g. güc əldə etdi və indi dəqiqədə 5500 dövr edib 275 a.g. güc verir. Fırlanma anı dəyişilməyib və 3000 və 5000 dövr arasında 360 Nm-ə bərabərdir. Birləşdirilmiş yanacaq sərfi atmosferə 174 q/km karbon tullantısı şəraitində 100 km-ə 7,5 litrə bərabərdir. “Yüklənmiş” hetçbekin dinamikası haqqında məlumat hələlik yoxdur, lakin o ilk yüzü 6 saniyəyə yığan və maksimal sürəti 254 km/saat olan adi “Megane RS”-dən bir qədər sürətli olmalıdır.

“Renault Megane RS 275 Trophy”-ni Cup idman asılqanı, yüksək sürtünmə differensialı, Michelin Pilot Sport Cup 2 şinlərinə “bürünmüş” 19 düymlük yüngül Speedline Turini diskləri, Akrapovic titan qazçıxma, daha sərt yaylar, tənzimlənən Ohlins Road & Track amortizatorları, seçim kimi təqdim olunan dəri və alkantara ilə tikilmiş parçşəkilli Recaro idman oturacaqları, alkantara idman sükanı və sürət qutusunun metal dəstəsi ilə təchiz ediblər.

Avtomobilin banını qabaq bamperin gümüş splitteri və Renault yarış bolidlərindən götürülmüş yanlarda gümüşü zolaqlarla bəzədilər. Əsas sarı çalara qara aksentlər, tonlaşdırılmış şüşələr və əyləc sisteminin qırmızı supportları kontrast təşkil edəcək. Salonu karbona oxşar qoymalar, qırmızı tikiş, alüminium pedallar, “Trophy” yazılı qapı astanalarının metal qoymaları, RenaultSport xalıları, xüsusi nişanlar və avtomobilin fərdi nömrəsi olan lövhə bəzəyir.

AUTO.AZ



teqlər:
Renault, Renault Megane 15.05.2014

Şərhlər


AD