Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Piecha Design aksesuarları ilə Mercedes A-Class

Məşhur alman tüninq-atelyesi “Piecha Design” AMG opsional idman paketi olan W176 banında hetçbek “Mercedes-Benz A-Class” üçün aksesuar dəsti təqdim etdi. Tünerlər təzə aerodinamk asma hissələri və böyük diametrli yeni təkər diskləri dəsti hazırladılar, həmçinin avtomobilin mühərrikləri üçün daha səsli idman qazçıxma sistemi düzəltdilər.

Onlar idarəetməni və avtomobilin idman simasını formalaşdırmaq üçün asılqanı aşağı salınmış yaylarla təmin etməyi təklif edirlər. Qabaq bamperdəki 183 avroluq splitter, zavod spoylerinin üstündə quraşdırılmış damın axırındakı 476 avroluq spoyler, arxa bamperin 714 avroluq dördqabırğalı diffuzoru və rodster “Mercedes SL63 AMG”-dən 572 avroluq qazçıxma sisteminin dörd ucu dəbli hetçbekə aqressivlik verdi.

Bundan başqa, müştəri üçün başqa radiator barmaqlığı və qabaq bamper üçün 440 avroluq yan arxalıqlar da əlverişlidir. Qabaqdan 235/35, arxadan 235/35 ölçülü şinlər “geyinmiş” 19 düymlük müxtəlif enli disklər də avtomobilin idman üslubunun formalaşmasında mühüm oynayacaq. Asılqanın aşağı salınması dəsti 238 avroyadır, tamamilə idman qazçıxması üçün isə 1287 avro ödəmək lazım olacaq.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz A-Class 15.05.2014

Şərhlər


AD