Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

MEC Design-dan Ferrari 458 Italia Spider

Açıq İtaliya superkarı “Ferrari 458 Italia Spider” məşhur tüninq atelye “MEC Design” tərəfindən hazırlanmış daha bir satışdan sonrakı köklənmə paketi əldə etdi.

Lyuks brend avtomobilləri ilə işləməyə öyrəşən alman manufakturası idman rodsteri üçün 6900 avro qiymətləndirilən yeni bodi-kit hazırladı, dəbli təkər diskləri seçdi və avtomobilin interyerini eksklüziv aksesuarlarla bəzədi. Müştəri öz istəyi ilə sadə, lakin aktiv texniki tüninq paketi sifariş verə bilər.

Bu paketdə asılqan və 4,5 litrlik mühərrik tamamlanacaq. Avtomobilin aerodinamikasını yaxşılaşdırmaq və onu standart modelə nisbətən daha da unikal etmək üçün tünerlər özünə qabaq bamperin splitteri, yan ətəklər və arxa bamperin diffuzorunu daxil edən Scossa Rossa aerodinamik asması quraşdırıblar.

Parlaq-qırmızı rodsterə əyləc sisteminin sarı supportları ilə uyğun kontrast sarı pərçimli qara disklər “geyindirdilər” və onları qısa yay dəsti vasitəsi ilə aşağı saldılar. Disklər 20-dən 22-dək ölçüdə əlverişlidir.

Tünerlər salona karbon aksesuarlar, yer xalıları və qapı astanalarının dekorativ qoymalarını əlavə edib. Final ştrix daha aqressiv səslənmə üçün 570 a.g. verən V8 mühərrikinə idman qazçıxma sisteminin quraşdırılması oldu.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari 458 Italia, MEC Design 13.05.2014

Şərhlər


AD