Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi superkar R8 LMX-i təqdim etdi

“Audi” şirkəti dünyada baş işığında lazer işıqları olan ilk seriya avtomobilini təqdim etdi. İnnovasiya texnologiyası ilə adına “LMX” əlavə olunan “R8” superkarı təchiz olundu. Cəmi 99 avtomobil olmaqla məhdud seriaya ilə buraxılan bu avtomobillər adi modellərdən daha eksklüziv tərtibatla fərqlənəcək.

Yenilik artıq Almaniyada 210 000 avro qiymətində sifariş üçün əlverişlidir və ilk müştərilər öz avtomobilərini bu yay əldə edəcəklər. İdman  kupesi güclü 5500 kelvin işıq temperaturunda ağ işığı olan dörd lazer diodu əldə edəcək.

Bu seçim adi diodlu işıqlardan iki dəfə uzaq işıq salır ki, bu da gecə görüntünü və təhlükəsizliyi artırmağa imkan verir. Fənərləri 60 km/saat sürətdə aktiv edilən və digər sensor kameralar vasitəsilə kor olmamaq üçün başqa hərəkət iştirakçılarına nəzarət edən xüsusi elektron sistem idarə edir.

Məhdudlaşdırılmış sportkarları göy “Ara Blue” ban rəngi, böyük arxa spoyler, qazçıxma sisteminin qara cilalı boruları, 19 düymlük eksklüziv konstruksiyalı yüngül lehimli disklər və karbon detallar vasitəsi ilə fərqləndirmək olar. Salonu qara nappa dərisi ilə tikib göy sapla sırıyıblar.

Bana uyğun kontrast aksentlər, tavanın mərkəzində qara alkantara zolaq, qapı astanalarının işıqlı qoymaları və karbon lifindən tutqun qoymalar dekor elementləridir. “Audi R8 LMX”-i opsional karbon-keramika əyləc sistemi və standart 5,2 litrlik V8 FSI atmosferli benzin mühəriki ilə təchiz ediblər.

570 a.g. verən mühərrik robotlaşdırılmış S Tronic transmissiyası və Quattro tam ötürücü sistemi ilə birgə alman kupesini 100 km/saata 3,4 saniyəyə sürətləndirir. Maksimum sürət isə 320 km/saatdır.

AUTO.AZ



teqlər:
Audi, Audi R8 13.05.2014

Şərhlər


AD