Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford yüklənmiş Focus RS-i qaytaracaq

“Ford Focus RS” bazarda ən güclü qabaq ötürücülü hot-hetç hesab olunurdu, lakin demək olar ki, dörd il bundan əvvəl tarixə keçdi. “Ford”-da gah modifikasiyanı bərpa etməyi planlaşdırır, gah da bu fikirdən imtina edirdilər. İndi isə, şaiyələrə görə, vəziyyət müəyyənləşib: yeni nəsil “Focus RS” 2016-cı ildə meydana gələcək.

Auto Express Britaniya nəşriyyatı öz mənbələrinə istinadən (Ford Europe-un top-menecerlərindən biri Barb Samarciç də daxil olmaqla) bildirir ki, ən güclü və sürətli “Fokuslardan” birinin hazırlanması artıq başlanıb. Bundan başqa, “Ford”  yenə də bütün rəqibləri keçmək niyyətndədir – lakin hələlik istehsalçının kimi rəqib hesab etdiyi dəqiqləşdirilmir.

Bəzi məlumatlara görə, yeni nəsil “Ford Focus RS” “Ford Mustang”-da istifadə edilən EcoBoost ailəsindən 2,3 litlrik turbomühərrik əldə edə bilər. Kupenin kapotunun altında o 304 a.g. verir, lakin “Focus RS” üçün onun gücünü 350 a.g.-nə çatdıra bilərlər. Keçən nəsil “Focus RS500”-ün xüsusi son modifikasiyası məhz belə gücə malik idi.

“Ford”-da öz prinsiplərinə sadiq qalmağa hazırlaşırlar: “Focus” ailəsinin flaqmanı əvvəlki kimi qabaq ötürücülü olacaq və firma asılqanı RevoKnuckle-ı saxlayacaq.  Avtomobil həmçinin elektriklə idarə olunan differensial əldə edəcək. Auto Express portalının verdiyi məlumata görə, “Ford Focus” ailəsi 2017-ci ildə nəsili tamamilə dəyişəcək. Hetçbekin ən güclü versiyasını isə şirkət bir il tez buraxacaq.

AUTO.AZ



teqlər:
Ford, Ford Focus 08.05.2014

Şərhlər


AD