Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Caractere-dən Volkswagen Golf GTI

Belçika tüninq-atelyesi “Caractere” 7-ci nəsil “qaynar” hetçbek “Volkswagen Golf GTI”-nin satışdan sonrakı köklənməsinin ilk şəkillərini təqdim etdi. Tünerlər kiçik əlverişli alman idman avtomobilinə aqressiv bodi-kit “geyindirmək”, və onu böyük diametrli təkər disklərinə bürüməyi təklif edirlər. Bundan başqa Belçikalılar müxtəlif əlavə xarici aksesuarlar və yüngül texniki içlik paketi hazırlayıblar.

Tüninq-paket yaxın vaxtlarda satışa çıxarılacaq. Banın aerodinamik asması aşağı hissəsində splitteri və duman əleyhinə fənərlərinin yan qoymaları olan yenidən işlənmiş qabaq bamper, yan ətəklər və şəklidəyişmiş arxa bamperdən ibarətdir.

18 və ya 19 düymlük CW1 təkər diskləri və qazçıxma sisteminin bir cüt paslanmayan ucluqları da avtomobilin idman üslubunu nəzərə çarpdırır. Qeyd etmək lazımdır ki, bütün bunlar əvvəlcə adi “VW Golf VII” üçün hazırlanmışdı və cüzi dəyişikliklərlə “GTI” versiyasına keçdi. “Caractere” şirkəti öz müştərilərinə aşağı salınmış asılqan və texniki düyünlər üçün digər köklənmə üsullarını təklif edə bilər.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Golf, Caractere 08.05.2014

Şərhlər


AD