Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW M5 600 a.g. verən mühərrik əldə edəcək

Xüsusi versiyanın rəsmi debütü iyun ayında Qudvudda keçiriləcək “Sürət festivalında” baş tutacaq. Bu il “yüklənmiş” sedan “BMW M5” otuz illiyini qeyd edir. Bavariyalılar bu hadisəni qeyd etməyi qərara alıb modelin xüsusi versiyasını hazırladılar.

Digər analoji modellərdən fərqli olaraq “M5” təkcə xarici modifikasiyalar deyil, həmçinin tamamlanmış mühərrik əldə edəcək. Bu gün yenilik haqqında rəsmi məlumat yoxdur. Şəbəkəyə avtomobilin bir neçə şəkli və bəzi təsdiq olunmamış texniki xarakteristikaları düşüb. Salonda xüsusi dəyişiklik gözlənilmir.

Bu versiyada sedanın interyeri dəri ilə uyğunlaşan alkantara ilə işlənib. Şaiyələrə görə, yubiley seriyasında V8 4.4 biturbo mühərriki 560 yerinə 600 a.g. verəcək. Belə güc artımına nəyin səbəb olduğunu bir qədər sonra biləcəyik.

Bundan başqa, sedan “BMW M5” xüsusi ban rəngi, yeni dizaynlı təkər diskləri, həmçinin xüsusi versiyanın adı olan lövhələr əldə edəcək. Avtomobil artıq 2014-cü ilin yayında Avropa bazarına çıxmalıdır.

AUTO.AZ



teqlər:
BMW, BMW 5-series, M5 07.05.2014

Şərhlər


AD