Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi A1 və A3 üç silindrlə hərəkət edəcək

“Audi” sıralarında benzin və dizel ilə işləyən turbomühərriklər peyda olacaq, lakin dəqiq vaxt məlum deyil. “Audi”-də mühərriklərdə silindrlərin sayının azalması barədə düşünürlər. Konsernin icraçı direktoru Rupert Ştadler autoexpress.co.uk portalına verdiyi müsahibədə bildirmişdir ki, kapotların altında 3-silindrli mühərriklərin peyda olması demək olar ki, zaman məsələsidir.

Bu mühərrikləri birinci hetçbek “Audi A1” və “A3” alacaq. Menecer başqa məlumat verməyib. Çox güman ki, ilk növbədə benzin mühərriklər, daha sonra isə dizellər meydana çıxacaq. Bir neçə ildən sonra “üçlük” daha böyük modellərdə quraşdırılacaq. Hazırda ən zəif “Audi”-ni 85 və ya 105 a.g. olan 1,2 TSI “dördlük” hərəkətə gətirir.

Üçsilindrli mühərriklər artıq “BMW”-də buraxılır. Bavariyalılar onları geniş model qamması üçün istehsal ediblər: 1-ci və ya 2-ci seriyalar, X1 krossoverlər və MİNİ üçün. Çox güman ki, 2015-ci ildə bu mühərriklər yeni nəsil “BMW” 5-ci seriyada olacaq. “Daimler” konserni də qabaqötürücülü modellər üçün analoji mühərriklər barədə düşünür.

AUTO.AZ



teqlər:
Audi, Audi A1, Audi A3 06.05.2014

Şərhlər


AD