Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SR Auto Group-dan Range Rover Lumma CLR R

“SR Auto Group” Kanada tüninq-atelyesi Vankuverdə “Lumma Design” şirkətindən satışdan sonrakı CLR R paketi ilə təchiz olunmuş ilk yolsuzluq avtomobili “Range Rover Vogue”-u təqdim etdi.

Avtomobilə yeni aerodinamik asma və böyük ölçülü təkər diskləri “geyindirdilər”. Bundan başqa fərqli ban detalları quraşdırıldı və avtomobilin eksteryeri yeniləndi. Bu yenilik onu “Land Rover” markasının seriya modelləri sırasında daha da gözə çarpan etdi.

Aşağı hissədəki splitteri və çox sayda LED-işıq texnikası olan başqa qabaq bamper, ventilyasiya olunan karbon kapot, qanadlarda genişləndirilmiş təkər yarımhalqaları, yan ətəklər, yenidən tərtib olunmuş diffuzoru və qazçıxma sisteminin ikili rombşəkilli ucluqları olan arxa bamper, həmçinin arxadakı spoyler möhtəşəm yolsuzluq avtomoblinə idman üslubu əlavə etdi.

Banı təkcə tutqun qara təbəqəyə bürüməyib, qara çalarlı boya ilə rəngləmək qərarına gəldilər. Sonda avtomobilin asılqanını aşağı saldılar və zavod təkərlərini enli aşağıprofilli şinləri olan 22 düymlük qara çoxmilli Lumma diskləri ilə dəyişdilər.

AUTO.AZ



Şərhlər


AD