Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi RS6-nı göy xromlaşdırılmış təbəqəyə bürüyüblər

Əgər “yüklənmiş” universal “Audi RS6”-nın orijinal dizaynını saxlamaqla onu fərdiləşdirmək istəyirsinizsə “WrapStyle” çex firması sizə necə kömək edəcəyini bilir.

Seriyalı alman avtomobilinin yüklənməsi üçün tünerlər ən kiçik detalları belə banla birgə bükdükləri vinil təbəqədən istifadə ediblər. Belə tamamlanma qısa vaxt ərzində aparılır, əldə olunan nəticə isə uzun müddət avtomobil sahibini sevindirir.

Banı parlaq-göy xromlaşdırılmış təbəqə ilə yapışdırıb onun rəngini kontrast gümüşü aksentlərlə açıblar. Splitter, qabaq bamperin yan qoymaları, radiator barmaqlığının aşağı hissəsi, yan arxa görünüş güzgülərinin korpusları və arxa bamperdə diffuzorun haşiyəsini gümüşü təbəqəyə büküblər.

Bütün bunlar damdakı reylinqlər, yan şüşələrin çərçivələri və metal çalarlı böyük ölçülü təkər diskləri ilə çox gözəl uyğunlaşır.

Bununla belə avtomobil kapotda iki gümüşü zolaq, tonlaşdırılmış şüşələr və çox sayda qara detallara malikdir (qabaq bamperin hava çıxışlarının toru, arxa bamperin diffuzoru və qazçıxma sisteminin oval boruları).

AUTO.AZ



teqlər:
Audi, Audi RS6 03.05.2014

Şərhlər


AD