Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Wald International asmasında Mercedes S-Class

“Wald International” yapon şirkəti cəmiyyətin diqqətini yeni “Mercedes-Benz S-Class” üçün hazırladığı aerodinamik asmaya daha da çox cəlb etmək üçün hazırlanan layihənin daha bir neçə şəklini buraxdı. Böyük lyuks sedan həmçinin aşağı salınmış asılqan, çoxmilli təkər diskləri və dizaynına idman üslubu və hətta aqressivlik əlavə edən başqa aksesuarlar əldə edəcək. Gorünüşə görə, tüninq-paketin satışları yaxın vaxtlarda başlanmalıdır.

2014-cü ilin flaqman sedanı torla örtülmüş üç hava çıxışı, aşağı hissədəki splitter və diodlu şaquli hərəkət işığı, yan ətəklər, qabaq təkərlərin arxasındakı “qəlsəmələr” birləşən yeni qabaq bamperə və tamamilə yenidən işlənmiş ventilyasiya dəlikləri və qazçıxma sisteminin bir cüt ikili ucları olan olan arxa bamperə görə daha ekslklüsiv görünməyə başlayacaq. Burada həmçinin arxa şüşənin ustundə kiçik deflektor görürük. Çoxmilli disklər və aşağı salınmış asılqan zərif alman limuzininin təzə surətini tamamlayır.

AUTO.AZ



Şərhlər


AD