Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hennessey Cadillac Escalade-ı tamamladı

Amerika tüninq-atelyesinin manyakları yeni “Cadillac Escalade”-ın tamamlamalarına başladılar. Hələlik nəticə “zəifdir”. Tünerlərin məhsulu ilə tanış olanlar bu kinayəni başa düşər:  keçmiş nəsil “Escalade” “Hennessey Performance” divarlarında tüninq olundu. Tüninq-karın top modifikasiyaları 1000 a.g. verir və 96 km/saatı 3,3 saniyəyə gedirdi. İndi isə dördüncü nəsil modelini belə aqibət gözləyir.

HPE550 tamamlamalarının elan olunmuş ilkin mərhələsi standart 420 a.g. və 623 Nm fırlanma anından faydalı iş əmsalının artırılmasını nəzərdə tutur. Bunu 557 a.g. və 734 Nm verən 6,2 litrlik V8 mühərriki inkişaf etdirir. Aqreqatı mexaniki sıxıcı kompressorun, interkulerin və idarəedən elektronikanın yenidən düzəlməsi sayəsində “hərəkətə gətirmək” mümkün olub. Mühərrikin modifikasiyaları 15 950 dollara qiymətləndirilib.

Bununla belə, tamamlanmıış aqreqata üç il və ya 57 600 km (36 000 mil) zəmanət verilir. Əlavə məbləğə (6950 dollara) avtomobili zavod şinləri ilə uyğun gələn 20 düymlük təkər diskləri ilə təchiz edəcəklər. Belə proqramla həmçinin pikap “Chevy Silverado”, “GMC Sierra” və yeni nəsil yolsuzlluq avtomobili “GMC Yukon Denali”-ni “”yükləmək” olar.

AUTO.AZ



teqlər:
Cadillac, Cadillac Escalade, Hennessey 26.04.2014

Şərhlər


AD