Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Peugeot 3008 yolsuzluq avtomobilinə oxşayacaq

Dəyişikliklər Fransa avtomobil istehsalçısına və onun çin şəriki “DongFeng” şirkətinə Çində “üç min səkkiz”-in uğurunu qoruyub saxlamağa kömək etməlidir. 2013-cü ildə krossover şirkətin 50 000 avtomobil tirajı ilə yayılmış ən uğurlu modeli oldu.

Fransız “Peugeot 3008”-in  nişi kifayət qədər qeyri-müəyyən idi: istehsalçı onu krossover kimi bəyan etmişdi. Lakin banın fərqli forması onu kiçik venə oxşadır. “Peugeot”-nun rəhbəri Maksim Pikanın Auto Express nəşriyyatına verdiyi məlumata görə gələcək nəsil krossover daha dəqiq görünüş əldə edəcək.

Gələcək nəsil 3008-in görünüşündəki dəyişikliklər, əvvəlcə Çin bazarının tendensiyaları ilə qurulub. Şirkətin rəhbəri gələcək nəsil modelin daha brutal “yolsuzluq avtomobili” görünüşü əldə edəcəyini bildirdi. Yeni nəsilin 2016-cı ildə uraxılacağı gözlənilir.

AUTO.AZ



teqlər:
Peugeot, Peugeot 3008 26.04.2014

Şərhlər


AD