Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen yenilənmiş Touareg təqdim edəcək

“Volkswagen” şirkəti yenilənmiş yolsuzluq avtomobili “Touareg”-in ikinci nəslinin sirrini açdı. Onun təqdimatı bu həftənin sonunda Pekin avtosalonunda keçiriləcəkdir.

Avtomobil, ilk növbədə, kosmetik yeniliklərə, daha sonra isə texniki dəyişikliklərə məruz qalıb. Almanlar avtomobilin bəzəklərini daha da yaxşılaşdırıblar və onun standart komplektasiyasını yeni opsiyalarla tamamlayıblar. Restaylinq olunmuş cip bu yay mövsümündə satışa çıxarılacaq.

2015-ci ilin “VW Touareg”-nin qabaq hissəsində biz böyük biksenon fənərlər, radiator barmaqlığında daha çox qabırğa və 4 ədəd duman əleyhinə fənərləri olan dəyişilmiş qabaq bamper görürük.

Fərqli arxa fənərlərin və diffuzoru və qaz buraxma sisteminin üçkünc boruları olan arxa bamperin yerləşdiyi arxa hissədə isə daha az dəyişiklik edilib. “Chrome & Style” paketi yolsuzluq avtomobilinin banını xromlaşdırılmış aksentlərlə bəzəyib (yan moldinqlər, hər iki bamperdə əlavələr və damdakı reylinqlər) və onun lüks xarakterini vurğulayır.

Salonda yalnız yeni bəzək materialları və yeni rəng peyda olub. Təkmilləşdirilmiş multimedia sisteminin “Google Earth” və “Street View” xidmətlərinə çıxışı var. Komplektasiyaya adaptiv fənərlər, adaptiv kruiz-kontrol, hərtərəfli video görüntü sistemi və üzbəüz toqquşmanın qarşısını alan sistem daxildir.

Mühərriklər sırasını (məsələn, 3,0-litrlik turbodizel) fərqli katalizatorla təchiz ediblər ki, bunun sayəsində o, “Avro-6” standartlarına cavab verir.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Touareg 25.04.2014

Şərhlər


AD