Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes “kupe-yolsuzluq avtomobili” göstərdi

Pekin sərgisində təqdim olunan konsept-kar “Mercedes-Benz” çox məşhur “X6” modeli olan “BMW”-yə ştutqard konserninin verdiyi cavabı nümayiş etdirir. Konseptin yarım ildən sonra seriya modelinə çevriləcəyi gözlənilir.

“Coupe SUV” adlı konsept-kar əsasən qabaritlərdən ibarət olan kifayət qədər aqressiv eksteryer əldə etdi. Demək olar ki, 5 metr uzunluğu və 2 metr eni olan “Mercedes-Benz Coupe SUV” cəmi 1 m 75 sm hündürlüyə malikdir.

Konsept 305/45 ölçülü 22 düymlük təkər diskləri “geyinib”. Yaradıcıları konseptin interyerini gizli saxlayıb, banın dizaynının nümayişi ilə kifayətlənirlər. İstisna deyil ki, belə konseptin salonu yoxdur və “Mercedes-Benz”-də sadəcə olaraq kütlənin markanın qammasında belə modelin meydana gəlməsinə reaksiyasını öyrənmək istəyiblər.

Digər tərəfdən, istehsalçı avtomobilin texniki tərkibi haqqında məlumatla bölüşdü. Prototip 333 a.g. və 480 Nm fırlanma anı verən turboyükləyicili üçlitrlik V6, doqquzpilləli avtomat və 4Matic tam ötürücü sistemi ilə təchiz olunub.

Asılqanda qabaqdan ikili köndələn qol və arxadan çoxqollu sxem istifadə olunub. İstehsalçı “Mercedes-Benz Coupe SUV”-i yalnız konsept kimi qiymətləndirdiyini bildirir.

Lakin, bununla belə, istehsalçı Ştutqartda “BMW X6”-nın seriyalı rəqibinin yaxın bir il ərzində düzəldilməsi imkanlarını istisna etmir. Konstruktiv nöqteyi nəzərdən belə krossover “M-klass”-ın yaxın qohumu olacaq və çox güman ki, “MLC” adlanacaq.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz Coupe SUV 24.04.2014

Şərhlər


AD