Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Honda konseptual hetçbek təqdim etdi

“Honda” beynəlxalq Pekin avtosalonuna konseptual hetçbek “Concept B Hybrid”-i gətirdi. O, hazırda Çin bazarı üçün hazırlanır.

Avtomobil gənc alıcılar üçün nəzərdə tutulub və özündə emosional dizayn və hündür praktiklik cəmləşdirir. Bundan əlavə, avtomobili qabaqcıl texnologiya, multimedia sistemi və bahalı baza komplektasiyası ilə təchiz ediblər.

Hibrid hetçbek 2016-cı ildə meydana gələcək. 5-qapılı avtomobil gənc ailə maşını ola bilər. Konsept-karın dizaynına gəldikdə isə demək olar ki, o təcavüzkar və idmansayağı olub.

Banın qabaq hissəsində radiator barmaqlığı, bamper və işıq texnikası birləşdirilib. Bu, arxa hissədə də belədir. Burada arxa bamper, baqaj qapağı və arxa fənərlər bir yerdə görünürlər.

Xromlaşdırılmış böyük ölçülü disklər və digər bəzək elementləri avtomobilin statusunu vurğulayır.

AUTO.AZ



teqlər:
Honda, Honda Concept B Hybrid 24.04.2014

Şərhlər


AD