Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai yeni krossover təqdim etdi

“Hyundai” şirkəti beynəlxalq Pekin avtosalonuna konseptual krossover “ix25”-i gətirdi. Krossover bu ilin ikinci yarısında satışa çıxarılacaq, lakin yalnız Çinin daxili bazarında əlverişli olacaq.

Dəbli kompakt yolsuzluq avtomobili premial xarakterə və yeni Fluidic Sculpture 2.0 üslubunda müasir dizayna malikdir. Avtomobili qabaqcıl texnologiyalar, güclü mühərrik və zəngin baza komplektasiyası ilə təchiz edəcəklər.

Münasib qiymət isə onu məşhur Avropa brendlərindən olan rəqibləri arasında fərqləndirəcək. Kiçik qabaritli yolsuzluq avtomobili aşağıdakı ölçülərə malikdir: uzunluq – 4200 mm, en – 1780 mm, hündürlük – 1630 mm və təkər bazası – 2590 mm.

Avtomobilin xarici görünüşü “Hyundai”-ın digər krossover və yolsuzluq avtomobillərindən daha aqressiv və idman üslubunda görünür. Bunda ona gücləndirilmiş bamperlər, altıbucaqlı radiator barmaqlığı, geniş astanalar, böyük ölçülü təkər diskləri və digər aksesuarlar kömək edir.

Xromlaşdırılmış aksentlər və diodlu optika adi kompakt krossoverlər arasında üstünlüyü nəzərə çarpdırır. “Hyundai ix25” faydal iş əmsalı dəqiqləşdirilməyən 2,0 litrlik benzin mühərriki və HTRAC AWD tam ötürücü sistemi ilə təchiz olunacaq.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai ix25 23.04.2014

Şərhlər


AD