Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-Benz yeni C-Class-ı uzadıb

“Mercedes-Benz” şirkəti Pekin avtosalonunda sedan “C-Class”-ın uzunbazalı versiyasını təqdim etdi. O standart modeldən 80 mm uzundur. Yenilik xüsusi olaraq Çin bazarı üçün hazırlanıb. Onun istehsalı alman və “BAİC” şirkətlərinin paytaxt şəhərdə yerləşən birgə müəssisəsində reallaşacaq.

Yeniliyin uzunluğu 4766 mm, təkər bazasının ölçüsü isə 2920 mm-dir. Baza versiyası ilə müqayisədə bu modifikasiya elektriklə tənzimlənən sərnişin oturacağı alıb ki, onu arxa sıradan idarə etmək olar.

Bundan əlavə, arxa divanın yastığını 25 mm uzadıblar. Arxa hissədə, həmçinin USB portu olan konsol quraşdırılıb, multimedia sisteminə isə heroqlifləri tanımağa məcbur ediblər.

Uzun bazalı “C-Class”-ın mühərriklər qamması əvvəlki kimi qalıb: 156-dan 211 a.g.-ə qədər gücü olan benzin və dizel mühərriklər. Buna baxmayaraq, “Mercedes” Çin bazarında 367-güclü mühərrikin peyda olacağını istisna etmir.

Hazırda “C-Class”-ın ən güclü versiyası C400-dür və o 333 a.g.-lü benzin “altılıq”dır. Yeni nəsil “Mercedes-Benz C-Class” 2013-cü ilin dekabrında təqdim edilib.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz C-Class 23.04.2014

Şərhlər


AD