Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi idman krossoveri göstərdi

Pekində “Audi” şirkəti tərəfindən sportkar TT-nin üçüncü nəslinin əsasında düzəldilmiş konseptual hibrid krossover tədim olundu. Kiçik beşqapılı yolsuzluq avtomobili kupe üslubunda tərtib olunmuş dam və banın arxa hissəsinə malikdir ki, bu da onun seriya variantına “BMW X4”-ə, həmçinin “Range Rover Evoque” və “Porsche Macan”-a rəqiblik etməyə kömək edə bilərdi.

İdman avtomobilinin belə modifikasiyasının seriya istehsalı haqqında hələlik söhbət getmir, lakin əvvəl “Audi” rəhbərliyi kupe və rodsterdən başqa ailəvi versiyası da meydana gələcək TT sırasını genişləndirmək niyyətində olduqlarnı bildirdi.

Konsept-karın qabaritləri krossover “Audi Q3”-lə eynidir, lakin daha dəbli və dinamik xarici görünüş əldə etmək üçün dam xətti 80 mm aşağı salınıb. Avtomobili altı küncü olan böyük radiator barmaqlığı, LED-elementləri olan işıq texnikası, qısa çıxıntılar, gücləndirilmiş bamper və astanalar, təkər yarımhalqalarının qoruyucu qoymaları və böyüdülmüş klirenslə təchiz etdilər.

255/40 şinlərinə “bürünmüş” 21 düymlük təkər diskləri, damın axırındakı spoyler və arxa bamperdəki qazçıxma sisteminin bir cüt xromlaşdırılmış boruları yolsuzluq avtomobilinin idman imkanlarına işarə edir.

Avtomobilin içindəki ayrı-ayrı idman oturacaqlarında dörd sərnişin rahat yerləşə bilər. Salon oturacaqların başaltılarında dinamiklərin yerləşdiyi Bang&Olufsen akustik sistemi, analoji cihaz panelinin yerinə 12,3 düymlük TFT-ekran və arxa sərnişinlər üçün planşet əldə etdi. İnteryerin işlənməsində dəri və alkantaradan, həmçinin metallik dekor elementlərindən istifadə olunub. Arxa oturacaqlar yük yerinin həcmini daha da artırmaq üçün demək olar ki, döşəmə ilə eyni səviyyədə qatlanır.

Hibrid güc qurğusu 292 a.g. verən 2,0 litrlik turbolaşdırılmış benzin mühərriki və 55 və 115 a.g. verən iki elektrik mühərrikindən ibarətdir. Zəif mühərrikin mühərrik bölməsində yerləşdiyi halda, daha güclü mühərrik arxa oxun üstündə yerləşir və arxa təkərləri fırladır. Elektrik mühərriklərinin cərəyanını 12 kVt/s litium-ionnlu akkumulyator təmin edir. 408 a.g., 650 Nm verən mühərriki və 7-pilləli robotlaşdırılmış sürət qutusu olan “Audi TT Offroad” 100 km/saata 5,2 saniyəyə sürətlənir, maksimal sürət isə 250 km/saat təşkil edir.

Hibrid rejimdə avtomobil orta hesabla 100 km-ə 1,9 litr yanacaq sərf etməklə 880 km məsafə qət edə bilər. Yalnız elektrik mühərriki ilə onun qət edə biləcəyi məsafə 50 km azalır, maksima sürət isə 130 km/saatdan çox olmur.

AUTO.AZ



teqlər:
Audi, Audi TT, TT Offroad 23.04.2014

Şərhlər


AD