Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Dodge restaylinq olunmuş Challenger təqdim etdi

Amerikanın masl karı “Dodge Challenger” restaylinq prosesini keçib və beynəlxalq Nyu-York motorşousunda geniş kütləyə təqdim edilib.

Yeni model üzərində işləmədən “Chrysler Group” konserni idman kupesinin eksteryerinin dizaynını və daxili bəzəyini tamamilə dəyişdirməklə hazırkı nəsil avtomobili təkmilləşdirib.

Avtomobilin texniki hissələri və komplektasiyası da yenilənib, bu da idarəetməyə və rahatçılığa müsbət təsir göstərib. Tanış siluetə malik olmaqla və əvvəlki ban elementlərinin əsas hissəsini qoruyub saxlamaqla, sportkar daha cəlbedici olub.

Bu, fərqli radiator barmaqlığı, diodlu “mələk gözlü” qabaq fənərlər, böyüdülmüş havaçıxıntıları və duman əleyhinə fənərləri olan qabaq bamper, yenidən işlənmiş ventilyasiya olunan kapot və diodlu arxa fənərlər sayəsində mümkün olub.

Salonda daha çox dəyişiklik edilib. Burada yeni dizaynlı cihazlar paneli, sürücüyə yaxın yerləşdirilmiş və 8,4-düymlük sensor ekranı olan “Uconnect” informasiya-əyləncə sistemli mərkəzi konsol quraşdırılıb.

İndi avtomobilin 7-düymlük TFT ekranı, yeni multifunksiyalı sükanı, qapı kartları və dəyişilmiş mərkəzi tonneli var. Masl karın ləvazimatlar siyahısına kor zonalara nəzarət sistemi, arxa görünüş kamerası, üzbəüz toqquşma xəbərdarlığı sistemi və adaptiv kruiz-kontrol daxildir.

“Dodge Challenger 2015”-i elektrik sükan gücləndirici, avtomatik 8-pilləli ZF sürət qutusu (bundan əlavə, 6-pilləli mexaniki sürət qutusu da var) və əvvəlki güc qurğuları ilə təchiz ediblər.

Ən güclü modifikasiya 485 a.g. və 644 Nm verən 6,4-litrlik HEMI V8 mühərriki ilə təchiz edilir ki, bu avtomobil 100 km/saata 4 saniyəyə sürətlənir, maksimal sürət isə 293 km/saatdır.

Bir qədər təvazökar versiyaları isə 375 a.g. və 555 Nm verən 5,7-litrlik HEMI V8 ilə təchiz edəcəklər. Ən utancağı isə 305 a.g. verən 3,6-litrlik “altılıq” olacaq.

“HEMI” güc qurğuları olan ən güclü avtomobillər Brembo əyləcləri, 20-düymlük disklər, sürət qutusunun, sükanın və qaz pedalının işinə nəzarət edən sistem alırlar. Opsiya olaraq “Super Track Pak” idman paketi də sifariş etmək olar.

Restaylinq olunmuş “Dodge Challenger”-i Kanadanın Brampton şəhərindəki zavodda yığacaqlar və o payızda satışa çıxarılacaq.

AUTO.AZ



teqlər:
Dodge, Dodge Challenger 22.04.2014

Şərhlər


AD