Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen yeni konsept hazırlayıb

“Volkswagen” şirkəti beynəlxalq Pekin motorşousuna “New Midsize Coupe” (NMC) adlı yeni konsept hazırlayıb. Avtomobil “MQB-B” platformasında yığılıb və kiçik 4-qapılı kupedir.

O, alman avtomobil istehsalçısının model sırasında sedan “Passat”-dan bir pillə aşağıda dayana bilərdi. Prototipi turbolaşdırılmış benzin mühərriklə və rahat sürmək üçün lazım olan bütün dəstlərlə təchiz ediblər. Lakin bu növ model hələlik hazırlıq mərhələsindədir və yalnız Çin bazarı üçün buraxıla bilər.

Axarlı banı, işıqdiodlu fənərləri, nadir qırmızı “Dragon Red” rəngi, 245 mm enində aşağıprofilli şinləri olan 20-düymlük diskləri və xüsusi asması olan dəbli dizaynına baxmayaraq, avtomobil çox dözümlü alınıb və gündəlik işlədilə bilər.

Avtomobilin salonunda rahatlıqla 5 nəfər otura və baqaja 500-litr yerləşdirilə bilər. “Volkswagen New Midsize Coupe” 220-güclü 2,0-litrlik TSI mühərriki ilə hərəkətə gəlir ki, o da 7-pilləli robotlaşdırılmış DSG sürət qutusu vasitəsilə dartma qüvvəsini qabaq oxa verir.

Kupe 100 km/saata 6,5 saniyəyə sürətlənir, maksimal sürət 244 km/saatdır, yanacaq sərfiyyatı isə 100 km məsafəyə 6,4 litr təşkil edir.

AUTO.AZ



Şərhlər


AD