Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Çinlilər BMW X6-a rəqib düzəldəcəklər

Pekin avtosalonunda çinli avtomobil istehsalçısının nə az, nə çox – “BMW X6”-a rəqib olacaq yeni konsepti təqdim ediləcək. Söhbət “Great Wall”-un subbrendi olan “Haval” markasının prototipi “Haval Coupe”-dan gedir. Şirkət artıq internetdə konseptin ilk təsvirlərini paylaşıb. Təsvirlərdə göründüyü kimi, “Haval Coupe” və “BMW X6”-nın ortaq cəhətləri damlarının maili, dizaynda isə ümumi “kobudluluq” olmasıdır.

Məlumdur ki, “Haval Coupe” hibrid güc qurğusu və tam ötürücü sistem alacaq. Lakin yeniliyin gücü və dinamik xarakteristikaları barədə məlumat verilmir. İstehsalçı, həmçinin bildirir ki, seriyalı krossover 2016-cı ildə bazara çıxacaq və 2,0 və 3,0-litrlik benzinlə işləyən turbomühərriklərlə də təchiz ediləcək. Qeyd edək ki, “BMW X6”-a rəqib “Haval” markasının yeganı yeniliyi olmayacaq.

AUTO.AZ



teqlər:
Haval Coupe 22.04.2014

Şərhlər


AD