Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Hyundai Sonata rəsmən təqdim edildi

Koreya Respublikasının daxili bazarı üçün nəzərdə tutulmuş sedan hələ mart ayında təqdim edilmişdi. İndi isə Nyu-York avtosalonunda Avropa və Amerika üçün nəzərdə tutulmuş versiya debüt etdi.

“Hyundai”-ın Şimali Amerika bölməsinin rəhbəri Deyv Jukovskinin sözlərinə görə, yeni “Sonata”-nın xarici görünüşü böyük bazar modelləri üçün şirkətin korporativ dizaynının inkişafına istiqamət verəcək.

Əvvəlcədən də gözlənildiyi kimi, yenilik “Genesis” modelində sınaqdan çıxarılmış “Fluidic Sculpture 2.0” dizayn dili ilə danışır. Yeni böyük radiator barmaqlığı və havaçıxıntıları avtomobili vizual olaraq aşağı salır.

Yeni “Sonata”-nın təməlində əvvəlki nəsil sedanın platforması dayanır, lakin istehsalçının sözlərinə görə o, çox təkmilləşdirilib. Xüsusilə qeyd edilir ki, model daha idmansayağı xarakter alıb: məhz buna görə “Sonata”-nın asılqanı Nyurburqrinq trassında tənzimlənib.

Sələfi ilə müqayisədə avtomobilin qabaritləri böyüyüb. O 35 mm uzun, 30 mm enli olub, təkər bazası isə 20 mm artıb. Mühərriklər ailəsi elə də dəyişilməyib: 185-güclü “atmosferli” 2,4-litrlik və 245 a.g.-lü 2,0-litrlik turbo mühərriklər yenidən tənzimlənərək daha elastik və aşağı dövrələrdə də ani cavab verən olublar.

Hər iki mühərrik üçün 6-pilləli avtomat SHIFTRONIC sürət qutusu nəzərdə tutulub. Bir qədər sonra hibrid versiya da peyda olacaq. Baza komplektasiyasında yeni “Sonata” işıqdiodlu optika, 16-düymlük təkər diskləri, elektrik şüşəqaldırıcıları və tam dəst multimedia çıxışları alıb.

Opsiyaya dəri salon, oturacaqların qızdırıcıları, xrom və ya karbondan olan əlavələr və 17-düymlük təkər diskləri daxildir.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Sonata 19.04.2014

Şərhlər


AD