Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota Camry təkmilləşdirilib

Amerikan bazarı üçün nəzərdə tutulmuş indiki nəsil sedanın yenicə satışa çıxarılmasına baxmayaraq, yapon avtomobil istehsalçısı artıq onun üçün ciddi restaylinq hazırlayıb. Gələcək nəslin Avropa versiyası da elə olacaq.

Avtomobil bir qədər ölçüdə dəyişib və sələfindən 45 mm uzun olub. Qabaq bamper və onun havaçıxıntıları, radiator barmaqlığı və fənərlər dizayn cəhətdən yenilənib.

Arxa görünüş güzgülərinin forması optimallaşdırılıb ki, bu da sürətdə səsi aşağı salır. Ümumiyyətlə, artıq səs ilə mübarizə prioritet məsələlərdən idi: istehsalçı bildirir ki, təkmilləşdirilmiş səs izolyasiyası salonda səsi xeyli azaldıb.

“Camry”-nin rəng qammasına daha ikisi əlavə edildi – gümüşü və rubin-qırmızı və indi 10 rəngdən ibarətdir. Xarici görünüşdə edilmiş dəyişikliklər modeli yaxın qohumu olan sedan “Avalon” bənzədib. Lakin onları fərqləndirmək olur.

Kapotun altında heç bir syurpriz yoxdur: ya 2,5-litrlik 4-silindrli mühərrik (180 a.g.), ya da 3,5-litrlik V6 (270 a.g.). Restaylinqdən sonra hibrid modifikasiya da qalacaq. Lakin mühəndislər “XSE” versiyasına daha çox diqqət ayırıblar.

İstehsalçı bildirir ki, təkmilləşdirilmiş sükan idarəçiliyi və asılqan “Camry”-nin bu variantını markanın tarixində ən idmansayağı olanıdır. Yenilənmiş sedan bu ilin payızında satışa çıxarılacaq, yığılma prosesi isə şirkətin Kentukki ştatındakı zavodda həyata keçiriləcəkdir.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Camry 19.04.2014

Şərhlər


AD