Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Maserati GranTurismo MC-nin eksklüziv versiyası

Yüz yaşını qeyd edən “Maserati” şirkəti rəsmi debütü Nyu-York beynəlxalq motorşousunda keçiriləcək sportkar “GranTurismo MC Centennial Edition” üçün eksklüziv modifikasiya təqdim edib.

Xüsusi yubiley versiyası standart seriyalı modeldən fərdi eksteryer və interyer işləməsi, təkmilləşdirilmiş texniki hissə ilə seçilir. “Maserati GranTurismo MC Centennial Edition” 2 cür ban ilə təklif ediləcək: kupe və kabriolet.

Avtomobil iki növ eksteryer variantı ilə əldə edilə bilər: qırmızı “Magma Red” və göy “Inchiostro Blue”. Rənglərin daha dolğun görünmələri üçün standart dörd qata daha üç qat əlavə edilib.

İtalyan sportkarına müxtəlif dizaynı, rəngi və “Centennial” simvollu mərkəzi qapağı olan təkərlər quraşdırıla bilər. Təzad yaradan əlavələr və tikişlər sayəsində salon daha da fərdi görünməyə başlayır. Onlar qara və açıq dərini əla tamamlayırlar. İçəridə daha çox karbon detallar, ikirəngli xalılar və xüsusi lövhələr peyda olub.

4,7-litrlik V8 mühərriki daha 10 a.g. güclü oldu və indi 454 a.g. verir. Sportkar 6-pilləli avtomatik ZF sürət qutusu, “Brembo” əyləcləri və idmansayağı tənzimlənmiş asılqan ilə təchiz edilib.

AUTO.AZ



teqlər:
Maserati, Maserati GranTurismo 18.04.2014

Şərhlər


AD