Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mansory-nin dolğun tüninqində Range Rover Sport

Lüks yolsuzluq avtomobili “Range Rover Sport” üçün bodi-kit hazırlayan son tünerlərdən biri də alman atelyesi “Mansory” oldu. Möhtəşəm ingilis avtomobili idman aerodinamik ban asması, böyük ölçülü disklər, aşağı salınmış asılqan və fərdi salon bəzəyi alıb. Bu dolğun tüninq paketlə yanaşı, almanlar müştərilərinə satışdan sonra yeni proqram da təklif edəcəklərinə söz veriblər. Bu proqram üzərində iş davam edir.

Baza dizaynından qaçmaq və yolsuzluq avtomobilinə daha çox aqressiv görünüş vermək üçün tünerlər qabaq hissəyə karbon radiator barmaqlığı və karbon komponentləri olan yenidən işlənmiş qabaq bamper, diodlu hərəkət işıqları və duman əleyhinə dairəvi fənərlər quraşdırıblar. Üzərində “Mansory” emblemi olan kapot, qabaq qanadlarda ventilyasiya kəsiklərinin əlavələri, arxa görünüş güzgüsünün korpusları, arxa sütunların əlavələri və baqaj qapısının dekorativ hissələri də karbon lifindən hazırlanıb. Avtomobilin kənarlarında yan ətəklər və banı 60 mm enliləşdirən genişləndirilmiş təkər arkaları yerləşdirilmişdir.

Dəyişilmiş arxa bamperin ağır diffuzoru və böyüdülmüş spoyler arxa oxun üzərinə təzyiqi artırıblar. 21, 22 və ya 23-düym diametri olan çoxmillli disklər (maksimal ölçülü disklərə 315/25 ölçülü şinlər keçirilib), aşağı salınmış klirens və qaz buraxma sisteminin bir cüt yeni boruları avtomobili daha idmansayağı və fərdi görünüşlü edir. “Mansory” şirkəti “Range Rover Sport”-un interyeri üçün yeni dekor materialları təklif edəcək. Məsələn, dərinin karbonla uyğunlaşdırılması, idman sükanı, qapı kandarlarında işıqlandırmalar və üzərində alman tünerinin simvolu olan xalılar. Bundan əlavə alkantaradan, təbii ağacdan və ya metaldan da istifadə edilə bilər.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover Sport, Mansory 18.04.2014

Şərhlər


AD