Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chevrolet yenilənmiş Cruze təqdim edəcək

“Chevrolet” şirkəti nəsil dəyişikliyi 1,5-2 il ərzində keçiriləcək “Cruze” modelinin sonuncu restaylinqini keçirdi. Kosmetik yeniliklərdən başqa avtomobil komplektasiyanın yeni seçimləri ilə tamamlanan daha mükəmməl texnika əldə etdi.

Güc qurğuları sırası eyni qalıb, amma avtomobilin multimediya kompleksi irəliləmiş imkanlar əldə edib. 2015-ci ilin “Chevrolet Cruze”-nun dünya debütü bu həftə Nyu-York avtoşousu çərçivəsində keçiriləcək. Debütdən sonra yenilik satışa çıxarılacaq.

Dizaynerləri xarici dəyişikliklərə yeni model “Chevrolet Impala” və sedan “Malibu”-nun restaylinq olunmuş versiyası ruhlandırıb. Avtomobil xromlaşdırılmış haşiyəsi olan daha mürəkkəb radiator barmaqlığı, başqa qabaq bamper və LT və LTZ komplektasiyalarında gün işığının diodlu fənərləri ilə təchiz olunub. Arxa fənərlər yenidən işlənib.

Salonda fərqli stəkanaltılar peyda olub, bəzi düymələrin yeri, sürət qutusunun dəstəyi dəyişdirilib və səslə idarəetmə və sms oxuma imkanları olan yeni nəsil məlumat-əyləncə sistemi quraşdırılıb.

Standart komplektasiyada avtomobil 10 təhlükəsizlik yastığına malikdir, əlavə məbləğə 7-düymlük sensorlu dipleyi, naviqasiyası və İnternetə çıxışı olan multimediya sistemi sifariş vermək olar. Yeniliklərin siyahısını interyer və eksteryerin yeni bəzək rəngləri tamamlayacaq.

Mühərrik qamması dəyişilməyib, bu o deməkdir ki, “Chevrolet Cruze” əvvəlki kimi 1,8 litrik atmosfer və ya 138 a.g. verən 1,4 litrlik turbolaşdırılmış benzin mühərriki ilə təqdim olunacaq (birinci halda maksimal fırlanma anı 169 Nm, ikinci halda isə - 200 Nm-ə bərabər olacaq). Avropada həmçinin 151 a.g. və 357 Nm fırlanma anı verən 2,0 litrlik dizel versiyası da əlverişli olacaq.

AUTO.AZ



teqlər:
Chevrolet, Chevrolet Cruze 17.04.2014

Şərhlər


AD