Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Infiniti restaylinq olunmuş sedan Q70-i göstərib

Nyu-Yorkdakı beynəlxalq avtosalonun daha bir yeniliyi restaylinq olunmuş sedan “Infiniti Q70”-dir ki, o bundan sonra uzun “Q70L” versiyasında təklif ediləcək.

2015-ci il modelində bir sıra dizaymer işləri ilə yanaşı, kosmetik yeniliklər də var ki, onlar avtomobilə daha yeni və bahalı görünməyə kömək edir. Yapon sedanının texniki hissəsi və güc aqreqatları dəyişilməz qalıb. Yenilənmiş “Infiniti Q70” bu ilin sonunda satışa çıxarılacaq.

Daha çox diodlu işıqları olan yenilənmiş qabaq və arxa optikalar sayəsində avtomobil daha cazibədar və rəsmi görünməyə başlayıb. Salonun dizaynı daha çox “Q50” modelini xatırladır, ağac əlavələr isə ona möhtəşəmlik gətiriblər.

Uzun bazalı “Infiniti Q70L” modifikasiyası 3050-mm təkər bazasında malikdir ki, bu da adi versiyadan 150 mm çoxdur. Bu sedanın salonunda arxa oturacaq sərnişinləri ayaqları üçün çox yer olduğundan özlərini daha rahat hiss edəcəklər.

Avtomobil 330 a.g. olan 3,7-litrlik V6 və 420 a.g. olan 5,6-litrlik V8 mühərrikləri ilə buraxılır. Sürət qutusu isə 7 pilləlidir.

AUTO.AZ



teqlər:
Infiniti, Infiniti Q70 17.04.2014

Şərhlər


AD