Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan yeni nəsil Murano-nun sirrini açdı

Beynəlxalq Nyu-York avtosalonunun açılışı ərəfəsində “Nissan” şirkəti krossover “Murano”-nun yeni nəslini təqdim etdi. 2015-ci model ilinin avtomobili keçən il Detroytda göstərilən “Resonance” konsepti ilə oxşardır.

Kiçik yapon yolsuzluq avtomobilinin üçüncü nəsli daha dəbli və premial görünməyə başlayıb ki, bu da yeni texnika ilə birgə avomobilin satışlarına müsbət təsir edəcək. ABŞ-da yeni “Nissan Murano”-nun satışları bu ilin sonlarına yaxın başlayacaq.

Prototipdə olduğu kimi, avtomobil V-Motion radiator barmaqlığı, bumeranq şəkilli diodlu qabaq fənərlər və maili dama “uçan görünüş” verən xüsusi formalı qara dayaqlar əldə etdi.

Banın arxa tərəfində diodlu fənərlər, yük yerinin qapağında spoyler və qazçıxma sisteminin bir cüt xromlaşdırılmış borusu yerləşib. Qabaq bamperdə yerləşən torla örtülmüş böyük hava çıxışı və 20 düymlük yüngül lehimli çoxmilli disklər krossoverə idman üslubu verir.

Açıq dəridən, açıq rəng ağacdan dekorativ qoymalar və gümüşü plankalardan istifadə sayəsində salon daha da möhtəşəm görünməyə başladı.

Cihaz paneli artıq 7 düymlük displeylə təqdim olunub, yenidən işlənmiş mərkəzi konsolda isə NissanConnectSM multimediya sisteminin 8-düymlük böyük naviqasiyalı sensorlu displeyi quraşdırılıb.

Zero Gravity rahat oturacaqları perforasiya olunmuş dəri ilə örtülüb və seçim kimi qızdırıcı və ventilyasiya sistemi ilə təchiz oluna bilər. Avtomobildə müxtəlif sürücüyə kömək sistemləri, məsələn, frontal toqquşmandan xəbərdarlıq edən sistem, ekstremal əyləcləmə sistemi, hərəkət edən obyektləri aşkar etmə sistemi və görünməyən yerlərin monitorinqi sistemi mövcuddur.

Əsl melomanlar əlavə məbləğə Bose premial audiosistemi sifariş verə bilərlər. “Nissan Murano 2015” Amerika bazarı üçün 260 a.g. və 325 Nm fırlanma anı verən 3,5 litrlik V6 mühərriki ilə təchiz olunacaq. Alıcının seçimi ilə qabaq və ya tam ötürücü əlverişlidir. Transmissiya birdir – variator Xtronic.

AUTO.AZ



teqlər:
Nissan, Nissan Murano 16.04.2014

Şərhlər


AD