Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche Exclusive krossover Macan-ı dəyişdi

“Porsche Exclusive” bölməsi bu dəfə krossover “Macan S”-ə ünvanlanmış növbəti fərdiləşdirmə proqramı təqdim etdi. Əvvəlki layihələrində də olduğu kimi avtomobil kompakt yolsuzluq avtomobilinin eksteryer və interyerinə eksklüzivlik əlavə edən vizual kosmetik yeniliklər əldə etdi.

“Porsche Macan S”-in texniki xüsusiyyətləri seriya modelində olduğu kimi qalıb, standart komplektasiyası isə əlavə seçimlərin daxil edilməsi hesabına daha zəngin olub. Avtomobilin parlaq-göy rəngə boyanmış banı arasında qabaq bamperin qoymaları, yan moldinqlər, pəncərələrin haşiyələri və arxa bamperin diffuzoru da daxil olan qara kontrast aksentlər əldə etdi.

Ümumi üslubu tündləşdirilmiş optika, tonlaşdırılmış şüşələr və 21-düymlük qara yüngül lehimli Sport Classic diskləri tamamlayır. Krossoverin salonunu qapı kartlarında və cihaz panelindəki göy qoymaları olan qara dəri ilə tikdilər. 340 a.g. verən “Porsche Macan S” baş işığının biksenon fənərləri və sürəti 0-dan 100 km/saata 0,2 saniyəyə 5,2 saniyəyədək azaldan Sport Chrono paketi əldə etdi.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Macan, Porsche Exclusive 16.04.2014

Şərhlər


AD