Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus yeni krossoverin sirrini açdı

“Lexus” şirkəti özünün ən gözlənilən premyerası – kiçik premial krossoverlər seqmentində ilk təcrübəsi – haqqında əsas məlumatla bölüşdü. Gözləntilərin əksinə olaraq, “Lexus NX” iki yox, üç güc qurğusu əldə edəcək.

Yayımlanan şəkillərdən göründüyü kimi, krossoverin seriya versiyası eksteryer baxımından qeyri adi konsept “Lexus LF-NX” və adi “Lexus RX” arasında orta bir avtomobil olub.

İstehsalçının yeniliyin dizaynını daha sadə etməsi düzgündür: prototip “LF-NX” çox sayda təzadlı rəy əldə edib. İnteryerin dizaynı qəsdən idman üslubunda işlənib.

Bu təəssüratı istehsalçının yeniliyini tamamlamaq niyyətində olduğu üç mühərrik birdən saxlamalı olacaq. Gözlənildiyi kimi seriyalı “Lexus NX”-i NX 200t versiyası üçün olan ikilitrlik turbomühərrik və NX 300h modifikasiyası üçün olan hibrid güc qurğusu ilə təchiz edəcəklər.

Hər iki aqreqatı istehsalçı “LF-NX” konseptlərində nümayiş etdirib. Lakin krossoverin rəsmi virtual premyerasından sonra onun baza modifikasiyasının 2 litr həcmli atmosfer mühərriki əldə edəcəyi məlum oldu.

Onun “Toyota RAV4”-dən götürüldüyü istisna edilmir. Yalnız ikilitrlik “atmosferliyi” olan krossover bir ötürücülü variantda əlverişli olacaq, daha böyük “Lexus NX”-lər üçün tam ötürücülü alternativ göstərilmir.

Şirkət texniki göstəriciləri hələlik gizli saxlayır. Lakin məlumdur ki, yeni krossoverin daxili avadanlıq siyahısına bir neçə orijinal seçimlər daxil olacaq.

Əsasən, “Lexus” üçün birinci olan smartfonlar üçün simsiz enerji qurğusu, yeni sensorlu interfeys, dairəvi baxış kameraları və jiroskopun göstəricilərini ötürə bilən məlumat displeyi və yükləyici təzyiqi qeyd olunur.

Krossoverin “canlı” təqdimat mərasimi aprelin 20-də Pekin avtosalonunda keçiriləcək.

AUTO.AZ



teqlər:
Lexus, Lexus NX 15.04.2014

Şərhlər


AD