Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Citroen kompakt krossover göstərəcək

Bir neçə gün bundan əvvəl “Citroen” şirkəti Pekin sərgisində nümayiş etdirəcəyi yeni krossoverin tizerini göstərdi. Onun məşhur konsept Wild Rubis-in seriya versiyasının olması gözlənirdi, lakin Şəbəkədə peyda olmuş dizayner sketçləri bu fərziyyəyə ziddir.

Eskizlərdə bəzi məlumatlara görə “Citroen”-in və “Dongfeng” konserninin birgə təşəbbüsü ilə Çində buraxılacaq krossover təsvir olunub. Carscoops nəşriyyatı “Citroen”-nin Pekində Avropada satışa çıxarıldıqdan sonra  dərhal populyarlıq qazanan krossover “Peugeot 2008”-in xüsusi modifikasiyasını göstərəcəyini güman edir.

“Peugeot 2008”-in iki şevronu olan versiyasının Fransa konserninin digər modelləri kimi Çin bazarında qalacağı və Avropada satılmayacağı istisna edilmir. Lakin istehsalçı səssizliyini qoruyur – elan olunmuş konseptin rəsmi adı belə yoxdur. Yəqin ki, vəziyyət aprelin 20-si başlanacaq Pekin avtosalonunun açılışına yaxın aydınlaşacaq.

AUTO.AZ



teqlər:
Citroen, Citroen Wild Rubis 15.04.2014

Şərhlər


AD