Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi A4 Oettinger-dən tüninq-paket əldə etdi

“Oettinger” Amerika tüninq şirkəti sedan və universal “Audi A4” üçün satışdan sonra yükləmənin yeni proqramını hazırlayıb. Banın aerodinamik asmasının yeni detalları, böyük diametrli təkərlər və aşağı salınmış yol işığı zolağı sayəsində restaylinq olunmuş avtomobili daha təzə və idman üslubunda etdilər.

Bundan başqa, tünerlər kiçik lyuks sedanın və ya universalın sahiblərinə güc aqreqatları sırasında istənilən mühərrikə güc və dartı qüvvəsi əlavə edən Engine Power Command paketi təklif edəcəklər.

Avtomobil üçün karbon diffuzoru olan yeni qabaq bamper, şəklidəyişmiş radiator barmaqlığı, yan arxa görünüş güzgülərinin karbon qoymaları, yan ətəklər, arxa bamperin karbon diffuzoru və biri universal, ikisi də sedan üçün olan spoylerlər hazırlanıb.

İdman üslubunu müxtəlif rəng variantında əlverişli olan 19 düymlük RXX təkər diskləri tamamlayacaq. Səs müşayətini yaxşılaşdırmaq üçün mühərriki dördborulu idman qazçıxma sistemi ilə təchiz etmək olar.

AUTO.AZ



teqlər:
Audi, Audi A4 15.04.2014

Şərhlər


AD