Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi böyük hibrid sedan təqdim edəcək

“Audi” şirkəti yenə də öz model sırasını ekoloji modellərlə təmin etmək niyyətini təsdiq etdi. Növbəti tamamlanma “А6” sedanının hibrid modifikasiyası olacaq. Hələlik bu sedan yalnız Çində satılacaq.

Uzadılmış təkər bazası və hibrid güc qurğusu olan konseptual sedan “Audi A6 L e-tron”-u almanlar satılacağı yerdə yəni – Pekin avtosalonunda nümayiş etdiriblər.

Bu 2012-ci ildə baş verib. Lakin, gözlənilənlərin əksinə olaraq, bu yaxınlarda keçiriləcək sərgidə hibrid sedanın seriya versiyası təqdim olunmayacaq. “Audi”-də hibridin hazırlanmasına ən azı bir il də lazım olduğunu iddia edirlər. Bu işdə “Audi”-yə Çin partnyorları – FAW kömək edəcək. Sedanın buraxılışını isə Çançun şəhərindəki zavodda hazırlamaq planlaşdırılır.

Seriyalı “Audi A6 L e-tron”-nun hansı güc qurğusunu əldə edəcəyi hələlik məlum deyil. İki il bundan əvvəl təqdim olunan prototip 95 a.g. verən elektrik mühərriki ilə birgə işləyən 211 a.g.  verən ikilitrlik turbo mühərriklə təchiz olunmuşdu.

Belə sedan eletrik mühərriki ilə 50 km gedə bilir. Motor Authority portalının verdiyi məlumata görə, “Audi”-də seriyalı sedanı təqribən belə imkanlarla təchiz etməyi söz veriblər.

“Audi”-də Çin hökumətinin dəstəyinə ümid edirlər. Onlar ekologiyanın ölkədəki vəziyyətini düşünürlər və mühitin yaxşılaşması üçün müxtəlif investisiyalar və maddi yardımlar planlaşdırırlar.

Bundan başqa, İnqolştadt şirkəti Çin bazarının potensialından əmindir: 2013-cü ildə “Audi”-nin satışları şirkətin dünya üzrə illik satış həcminin 1/3-ni təşkil edib.

AUTO.AZ



teqlər:
Audi, Audi A6 14.04.2014

Şərhlər


AD