Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bugatti eksklüziv Veyron təqdim etdi

Məhdud Legends seriyasından eksklüziv hiperkarlar düzəltməyə davam edən “Bugatti” şirkəti “Veyron Grand Sport Vitesse Black Bess” adlı növbəti xüsusi versiyasını buraxdı.

Avtomobil 1912-ci ildən 1914-cu ilədək buraxılan və Fransa markasının inkişafında əsas rollardan birini oynayan “Type 18 Black Bess” modelinin şərəfinə düzəldilib. Eksteryer və interyerin əsl qızılla işlənmiş möhtəşəm tərtibatı avtomoblin fərqli xüsusiyyəti oldu. Yeniliyin təqdimat mərasimi bu ilin sonunda Pekin motorşousunda keçiriləcək.

Açıq superkarın banı qara cilalı rəngə boyanıb, 24 karat qızıldan hazırlanmış radiator barmaqlığının haşiyəsi, kapotda və qapılarda qızılı xəttlər, burun hissədə qızılı “Bugatti” emblemi, qara çoxmilli disklərin qızılı mərkəzi qapaqları və əyləc sisteminin qırmızı supportları bana kontrast təşkil edir. Rodsterin salonu başqa bir açıq dəri ilə, tematik yazısı olan Havanna dərisi ilə işlənib.

Oturacaqlar, mərkəzi konsol, qoltuqaltı və qapı qoymaları bej rəngli dəri ilə işlənib. Cihaz panelinə qəhvəyi dəri “geyindiriblər”, sükanı isə təhlükəsizlik kəmərləri kimi qırmızı rəngdlə işləyiblər. Avtomobilin daxili içliyi də həmçinin metal detallarla birgə qızılı aksesuarlarla bəzənib. “Bugatti Veyron Grand Sport Vitesse Black Bess”-in texniki tərkibi əvvəlki kimi qalıb.

Dörd turbokompressorla təchiz olunmuş 8,0 litrlik W16 mühərriki 1200 a.g. verir və robotlaşdırılımış transmissiya ilə birgə hiperkarı ilk 100-ə 2,6 saniyəyə sürətləndirir.

Maksimum sürət 408 km/saatdır. “Black Bess” modifikasiyası qiyməti 2 150 000 avro olan üç avtomobil üçün təqdim olunacaq. Legend seriyası ilə buraxılmış əvvəlki 12 avtomobil artıq satılıb.

AUTO.AZ



teqlər:
Bugatti, Bugatti Veyron 14.04.2014

Şərhlər


AD