Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Volvo XC90. İlk şəkillər

AutoExpress britaniya nəşriyyatının verdiyi məlumata görə artıq oktyabrın əvvəllərində Paris avtosalonunda “Volvo” yeni nəsil “XC90”-nı təqdim edəcək. Hal-hazırda “XC90” bazarda ən köhnə modellərdən biridir, lakin stabil tələbata malikdir. Yeni “XC90” yəqin ki, baha olacaq. Bununla belə isveçlilər alıcılara bazarda ən müasir və yüksək texnoligiyalı avtomobil təqdim edəcəklər – “Volvo”-ya sahib olan “Geely” çin şirkəti modelin hazırlanmasına pul əsirgəmir.

Maraqlıdır ki, “XC90” demək olarki, sıfırdan yığılır. Avtomobilin əsasında SPA  adlı tamamilə yeni platforma olacaq. Gələcəkdə bu platformada qismən böyük “Volvo”-lar düzəldiləcək. Mühərriklər də başqa olacaq – “XC90”-un kapotunun altındakı hazırki mühərrikləri pensiyaya göndərəcəklər, yerinə isə 2,0 litr həcmli 4 silindrli benzinlə və dizellə işləyən aqreqatlar gələcək.

Həm də benzin aqreqatını və elektrik mühərrikini birləşdirən hibrid versiya flaqman olacaq. Belə “XC90”-nın 400 a.g. və 600 Nm maksimal fırlanma anı verəcəyi gözlənilir. “XC90”-nın baza versiyaları yalnız qabaq ötürücü və mexaniki sürət qutusu ilə təchiz olunacağı gözlənilir. Lakin yüksək komplektasiyalı avtomobillər 4х4 transmissiya və avtomat da əldə edəcəklər.

Salonun əsas “fişkası” böyük planşet olacaq – bu fikri “Tesla” şirkəti artıq istifadə edib. Bu sistem əvvəldən də CarPlay Apple-in istifadəsi üçün hazırlanıb. Onun sayəsində sürücü ekrandan demək olar ki, avtomobilin bütün sistemlərini idarə edə biləcək. Təkcə onları deyil. CarPlay Apple-in çox böyük ekranlı “iphone” olacağı gözlənilir. Orada Siri səsi idarəetmə sistemi də olacaq. Bu sistem bundan sonra “avtomobil” funksiyaları əldə edəcək: sürücünün göstərişi ilə yeni məlumat, xəritə, musiqi əlavəsi və ya telefonu ekrana çıxaracaq. Siri vasitəsilə həmçinin sms diktə etmək və başqa əlavələrə göstəriş vermək olar.

AUTO.AZ



teqlər:
Volvo, Volvo XC90 14.04.2014

Şərhlər


AD