Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-in yeni krossoveri: ilk şəkil

“Mercedes-Benz” şirkəti seriya variantının “BMW X6”-ya rəqib olacağı yeni konseptual krossoverin ilk təsvirini dərc etdi. Yeniliyin rəsmi təqdimat mərasimi aprelin sonunda Pekin avtosalonunda keçiriləcək.

Hal-hazırda “Mercedes-Benz”-in seriya krossoverinin necə adlanacağı məlum deyil – prototip “Concept Coupe SUV” adlandırılıb. Lakin, ilkin məlumatlara görə, yeniliyi “Mercedes-Benz MLC” adlandıra bilərlər.

Yeni “Mersedesin” heç bir texniki xüsusiyyətləri açıqlanmır. Qeyri-rəsmi məlumatlara görə, yenilik “Mercedes-Benz ML”-in bazasında düzəldiləcək və 258-dən 525-dək a.g. olan mühərrik sırası əldə edəcək.

Avtomobilin təchizatına həmçinin yeni kupe “S-klass”-da təqdim olunan banın döngədə əyilmə sistemi də daxil olacaq. Yeni krossover “Mercedes-Benz”-in istehsalını şirkətin Amerika ştatı Alabamada yerləşən zavodunda hazırlamaq planlaşdırılır.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz MLC 11.04.2014

Şərhlər


AD