Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bentley hibrid Mulsanne təqdim edəcək

“Bentley” şirkəti aprelin 20-də Pekində başlanacaq beynəlxalq avtosalona təmsilçi sedan “Mulsanne”-nın əsasında düzəldilmiş konseptual hibrid gətirəcək. Prototip ingilislərin yaxın vaxtlarda seriya modellərinə quraşdırmağa başlayacaqları yüksək keyfiyyətli hibrid güc qurğuarının yaradılması sahəsindəki nəaliyyətlərini nümayiş etdirəcək.

“Bentli”-nin ilk hibridi üç ildən sonra buraxılacaq yolsuzluq avtomobili olacaq. Yeni texnologiyalar “Bentley” avtomobillərinin gücünü 25% artırmağa və eyni zamanda СО2 tullantılarını 70%-ə qədər azaltmağa imkan verir.

Elektrik mühərriki 6,75 litr həcmli V-şəkilli 12 silindrli biturbo mühərriki ilə birgə işləyəcək. Bu mühərrik müstəqil şəkildə 505 a.g. verə bilər, onun hibrid versiyasının gücü isə gizli saxlanılır. Akumulyatorlar məişət rozetkasından yüklənmək imkanı əldə edəcək və sedan yalnız elektrik dartı qüvvəsi ilə 50 km gedə biləcək.

Konsept-kar xüsusi ban rəngi, mis dekorativ detallar (radiator barmaqlığı,yan moldinqlər, əyləc supportları, qabaq fənərlərdə linzaların haşiyələri, çoxmilli disklərin mərkəzi qapağı) və identifikasiya isimlikləri əldə edib.

Salonda torpeda və qapı kartları, mis sapla tikilmiş ağ dəri oturacaqlar, cihaz lövhəsi, sürət qutusunun qolu və tənzimləyiciləri olan əlavə düymələr mislə bəzənib.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Mulsanne 11.04.2014

Şərhlər


AD