Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Opel iki yeni krossover buraxacaq

Yaxın günlərdə “Opel” iki yeni model buraxmaqla öz yolsuzluq avtomobili sırasını genişləndirəcək. AutoBild-in verdiyi məlumata görə, söhbət “Astra” yolsuzluq avtomobili və “Mokka”-dan böyük olacaq tamamilə yeni krossoverdən gedir.

Avtomobilin buraxılşını “Chevrolet” brendinin avropa bazarından çıxması ilə əlaqələndirirlər. Bundan başqa, “Opel” “Astra”-nın bir neçə variasiyasından başqa, daha bir yeni model – “Monza” konseptinin bazasında sportkar buraxacaq.

“Opel Astra” konstruktiv planda müəyyən dəyişikliklər əldə edəcək. Yeni platformadan istifadə sayəsində avtomobil cari nəsillə müqayisədə 40-80 kq yüngül olacaq. İstehsalçı çıxıntıları azaldacaq və təkər bazasını uzadacaq. Bu da hetçbekin həcmində özünü göstərəcək.

Kapotun altında yeni mühərrik sırası təqdim olunacaq. 114 a.g. verən 1,0 litrlik üçsilindrli mühərrik əsas güc aqreqatı ola bilər. Avtomobil həmçinin yeni altıpilləli mexaniki sürət qutusu əldə edəcək.

AUTO.AZ



teqlər:
Opel, Opel Astra 10.04.2014

Şərhlər


AD