Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford Focus sedanını yenilədi

“Ford” şirkəti Cenevrə avtosalonunda “Focus”-un hetçbek və universal banında yenilənmiş modelini göstərmişdi. Bu gün isə istehsalçı yeni sedanın şəkilləri ilə bölüşdü! Düzdür, qabaqcadan demək lazımdır ki, bu “Ford Focus” Şimali Amerika bazarı üçün nəzərdə tutulub və bizdə belə spesifikasiyada satılmayacaq.

Söhbətin restaylınqdən getməsinə baxmayaraq “Ford Focus”-un xarici görünüşündəki dəyişikliklərin yalnız kosmetik xarakter daşıdığını demək olmaz. Avtomobil tamamilə yeni bamperlər və radiator barmaqlığı, yeni kapot qapağı, baş işığının digər fənərləri və arxa fənərlər, həmçinin yük yeri qapağı əldə etdi.

“Ford Focus”-un interyerində yeni rənglər və bəzək materialları, başqa sükan dairəsi, bir az fərqli sürət qutusu qolu, həmçinin yeni qoymalar və stəkanaltıları  olan şəklidəyişmiş qabaq panel meydana gəldi. “Ford Focus” texniki cəhətdən də yeniləndi.Şirkətin mütəxəssisləri, əsasən, yeni amortizatorlar quraşdırdılar, arxa asılqanı moderləşdirdilər, həmçinin sükan idarəetməsinin eletrik güclədiricisini yenidən köklədilər.

Bundan başqa, avtomobil artıq bazada arxa görünüş kamerası və 4,2 və ya 8 düymlük ekranı olan (MyFord Touch sistemini sifariş edərkən) multimediya sistemi əldə etdi. Yenilənmiş “Ford Focus”-un kapotunun altında 160-dan 252 a.g.-dək güc verən mühərriklərdən başqa 123 a.g. verən 1,0 litrik EcoBoost mühərriki də yerləşəcək. Bu mühərrik 6-pilləli mexaniki transmissiya ilə uyğunlaşçacaq.

“Ford Focus” sedanının rəsmi təqdimat mərasimi gələn həftə Nyu-York avtosalonunda keçiriləcək.

AUTO.AZ



teqlər:
Ford, Ford Focus 10.04.2014

Şərhlər


AD