Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes SL 400: yarım litrsiz də keçinə bilər

“Mercedes-Benz” şirkəti “SL350” modifikasiyasnı “SL” rodsterini atmosfer mühərriklərindən tamamilə məhrum edib yeni SL400 versiyası ilə dəyişdi. 3,5 litrlik V-şəkilli “altılığın” yerinə avtomobili daha güclü və qənaətli eyni silindr saylı tvin turbo mühərriki ilə təchiz ediblər.

Bu mühərriklə avtomobil həmçinin yüksək sürət dinamikası və Avro-6 standartına uyğun gələn СО2 tullantıları həcminə malikdir. Almaniyanın daxili bazarında “Mercedes-Benz SL400”-ün qiyməti 97 282 avrodur.

Yeni güc qurğusu 5250-6000 d/dəqiqədə 333 maksimal a.g. və 1600-4000 d/dəqiqədə 480 Nm maksimal fırlanma anı verir. Bu göstəricilər əvvəlki atmosfer mühərrikindən 27 a.g. və 100 Nm çoxdur. Uyğunlaşdırılmış yanacaq sərfi СО2 172 q/km-də 100 km-ə 7,3 litr təşkil edir.

Yeddipilləli avtomatik sürət qutusu ilə təchiz olunmuş sadə rodster 0-dan 100 km/saata 5,2 saniyəyə sürətlənir və onun maksimal sürəti 250 km/saatdır (daha çox sürətə elektronika imkan vermir).

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz SL 09.04.2014

Şərhlər


AD