Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Peugeot dördqapılı kupe təqdim edəcək

Şəbəkədə aprelin sonunda Pekin avtosalonunda rəsmən təqdim olunacaq konseptual “dördqapılı” kupe “Peugeot”-nun ilk şəkilləri peyda oldu. Prototip “Exalt” adlandırıldı. Şəkillər L'Automobile nəşriyyatı tərəfindən təqdim olunub.

Əvvəldən də güman edildiyi kimi prototip “Pejo” şirkətinin 2012-ci ilin sentyabrında Paris avtosalonunda göstərdiyi “Onyx” konsept-karının üslubunda hazırlanıb. “Exalt”-ın qabrit uzunluğunun 4730 mm, hündürlüyünün isə 1310 mm olacağı gözlənilir. Avtomobilin banı istehsalçının Shark Skin (Akula dərisi) adlandırdığı termik işlənməmiş polad və materialdan hazırlanacaq.

“Peugeot Exalt”-ı özündə dördsilindrli benzin mühərrikini və elektrik mühərrikini birləşdirən 340 a.g. verən hibrid güc qurğusu ilə təchiz edəcəklər. Onlardan birincisi qabaq təkərlərin işinə, ikincisi isə arxa təkərlərin fırlanmasına cavabdeh olacaq. Hibrid sedan və universalda, həmçinin krossover 3008-də analoji aqreqatlardan istifadə olunur. İlk dəfə “Pejo”-nun “dördqapılı kupe” düzəltmək arzusu barədə 2012-ci ilin sonunda məlum oldu. Onda yeniliyin 501 indeksi əldə edəcəyi və 2015-ci ildə bazara çıxarılacağı barədə məlumat verilmişdi.

AUTO.AZ



teqlər:
Peugeot, Peugeot Exalt 09.04.2014

Şərhlər


AD