Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus yeni krossover göstərəcək

Aprelin 20-də Pekin motor-şousunda “Lexus” yeni krossover “NX”-i təqdim edəcək. Yeniliyin təfərrüatları məlum deyil, istehsalçı yalnız təqdimatın tizeri ilə kifayətlənib.

Avtomobil bir il bundan əvvəl təqdim olunan konsept “LF-NX”-in motivləri əsasında yaradılıb. Yeniliyin müjdəçisi qaz paylama fazasını dəyişən intelektual sistemi, uyğunlaşdırılmış yanacaq yeridilməsi və yelpikli tozlandırma forsunkası olan 2,0 litrlik 4 silindrli mühərriklə təchiz olunurdu.

“Lexus”-da xarakteristika bildirmədən mühərrikin bütün diapazon dövrlərində effektiv işləməsini və bu zaman qənaətli və ekoloji cəhətdən təmiz işlədiyini iddia edirlər. Yəqin ki, məhz bu mühərrik krossoverin mühərrik sırasında əsas olacaq.

Konsepti “LF-NX”-in Frankfurtda təqdim olunan hibrid versiyasından aşağıda hava çıxışı yerləşdirilmiş dəyişdirilmiş radiator barmaqlığı, qabaqda tutqun xromlaşdırılmış spoyler, təkər yarımhalqaları və cilalı örtüyü olan yan moldinqlər fərqləndirir.

AUTO.AZ



teqlər:
Lexus, Lexus NX 08.04.2014

Şərhlər


AD