Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Doral Luxury Motors-dan Lamborghini Gallardo

Strasse Wheels Amerika şirkəti bu dəfə Doral Luxury Motors-un əməkdaşlığı ilə daha bir fərdiləşdirilmiş “Lamborghini Gallardo LP550-2” hazırladı.

Tamamlama ancaq kosmetik yeniliklərə aid oldu. Onların sayəsində seriya avtomobilini əsl ekzotikaya çevirdilər. Sifarişçi avtomobilin zavod göstəricilərindən tam məmnun olduğu üçün texniki tamamlamalardan imtina etdi.

Tünerlər əyləc sisteminin supportlarını, arxa bamperdə yerləşən dördqabırğalı diffuzoru və və bəzi xırda xarici aksesuarları tutqun narıncı “Arancio Borealis” rəngə boyanmış banla eyni tonda rənglədilər.

Bununla belə, onlar kontrast detallardan imtina etmədilər və Superleggera modifikasiyasından qara arxa spoyler, bamperlərin yanında tonlaşdırılmış reflektorlar və bamperlərdə ventilyasiya dəliklərin tutan qara tor əlavə etdilər.

“Lamborghini Gallardo”-ya tutqun titan çalarında hazırlanmış və enli aşağıprofilli Michelin şinlərinə “bürünmüş” çoxmilli Strasse R10 Deep Concave diskləri “geyindirdilər”.

AUTO.AZ



Şərhlər


AD