Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nyu-Yorkda tamamlanmış BMW X5 göstərəcəklər

“BMW” şirkəti bir necə gündən sonra başlanacaq beynəlxalq Nyu-York avtosalonuna yenilənmiş hibrid konsept “X5 eDrive”-ı gətirəcək. Avtomobil bir sıra konsruktiv tamamlanmalardan keçib və yeni üslubi dəyişikliklər əldə edib.

Texniki baxımdan çox da dəyişməyən avtomobil əvvəlki kimi yüksək qənaətliliyi və atmosferə tullanan karbonun az miqdarı ilə seçilir. xDrive40e isimliyi daşıyan seriya modelinin debütü artıq payızda Paris avtosalonunda keçirilə bilər.

Krossoverin güc qurğusu 245 a.g. verən 2,0 litrlik BMW TwinPower Turbo mühərriki və 95 a.g. verən elektrik mühərrikindən ibarətdir. Yekun çıxma gücü 272 a.g.-nə bərabərdir. Hər iki mühərrikin işi zamanı avtomobilin yanacaq sərfi 100 km gedişə 3,8 litrdir, СО2 tullantılarının həcmi isə 90 q/km-i keçmir.

Hibrid “X5” həmçinin 0-dan 100 km/saata 7 saniyəyə sürətlənərək yaxşı dinamikaya malik olacaq. Litium-ionlu akkumuyatorları xarici enerji mənbəyindən yükləmək və avtomobili tam elektromobil kimi istifadə etmək olar.

Yalnız СО2 tullantısı olmayan elektrik mühərrikinin dartı qüvvəsi ilə yolsuzluq avtomobili 120 km/saat sürətlə maksimum 30 km gedə bilər.

AUTO.AZ



teqlər:
BMW, BMW X5 07.04.2014

Şərhlər


AD